bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı açıqlandı

4-10-2019, 12:48 280 dəfə baxılıb

Aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı açıqlandı
Aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5000 nəfərə çatıb.

Təhsil Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, son illərdə müəllimlərin aylıq vəzifə maaşı iki dəfə, cari ilin sentyabrın 1-dən isə əlavə olaraq orta hesabla 20 faiz artırılıb.

2019-2020-ci tədris ili üzrə daha 30 min müəllimin müasir elmi-metodik məzmunlu və praktik ixtisasartırma proqramlarına cəlbi nəzərdə tutulur.

Cari ildə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak üçün müraciət edənlərin sayı əvvəlki illərlə müqayisədə üç dəfədən çox artaraq təqribən 55 min olub.

Ali məktəblərə qəbul imtahanlarında 500-dən çox bal toplayanların 25 faizi müəllimlik ixtisasını seçib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031