bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Təhsil naziri tələbələri narahat edən məsələlərə aydınlıq gətirdi - FOTO

22-05-2020, 17:22 1 997 dəfə baxılıb

Təhsil naziri tələbələri narahat edən məsələlərə aydınlıq gətirdi - FOTO
Karantin rejiminin tələblərinə uyğun olaraq, təhsil sahəsində və tədris prosesində tətbiq edilən yeniliklər və mövcud vəziyyətlə bağlı ölkənin müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrindən Tələbə gənclər təşkilatlarına daxil olmuş çoxsaylı sorğu və müraciətləri nəzərə alaraq, Azərbaycan Tələbə Gənclər Təşkilatları (TGT) İttifaqının Təhsil Nazirliyinə ünvanladığı müraciətə ən qısa zamanda reaksiya verilib.

Oxu.Az xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramovun TGT sədrləri ilə onlayn formatda görüşü keçirilib.

Görüşdə Təhsil naziri öncə müvafiq istiqamətlərdə nazirlik tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib, həmçinin tələbələr və Tələbə gənclər təşkilatları ilə belə görüşlərin keçirilməsinin xüsusi əhəmiyyəti olduğunu vurğulayıb.

Nazir çıxışı zamanı tələbələri narahat edən bir sıra məsələlərə aydınlıq gətirib. Sosial baxımdan həssas əhali qrupuna aid edilən tələbələr üçün yaradılmış yeni imkanlar, tədris ilinin uzadılmasının baş verməyəcəyi, imtahanlarda iştirak, distant təhsildə iştirak edə bilməyən tələbələr üçün yeni imkanlar, təqaüdlərin verilməsi, semestr qiymətləndirilməsində edilmiş yeniliklər barədə danışan Ceyhun Bayramov 4-cü kursda təhsil alan tələbələrin yekun dövlət imtahan qiymətlərinin Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə əsasən aparılacağını deyib.

Nazir daha sonra tələbələrə qiymətləri ilə əlaqədar təkrar baxılması üçün müraciət imkanının yaradılacağı, buraxılış işlərinə baxılma qaydalarının təhsil müəssisələrinin elmi şuraları tərəfindən müəyyən ediləcəyi, onlayn dərslərdə iştirak etmə imkanı olmayan tələbələr üçün yayda təkrar təşkil ediləcək icmal dərslərində iştirak imkanının yaradılacağını da qeyd edib.

O, eyni zamanda, avqust və sentyabr aylarında məsləhət saatlarının təşkil ediləcəyi və bunlarla əlaqədar tələbələrdən əlavə ödənişin alınmayacağı, tələbə təqaüdlərinin imtahanlardan sonra müəyyən ediləcəyi barədə məlumat verib.

Görüşdə tələbə gənclər təşkilatlarının sədrləri tələbələri maraqlandıran sualları nazirə ünvanlayıblar. Suallar tələbələrin təqaüd, onlayn təhsillə bağlı yaranan çətinliklər, təhsil haqlarının ödənilməsi və digər aktual məsələləri əhatə edib.

Nazir tələbələrin suallarını təfərrüatı ilə cavablandırıb. Həmçinin, tələbələrin səsləndirdikləri rəy və təkliflərini diqqətlə dinləyib, onların nəzərdən keçiriləcəyini bildirib. Tələbə gənclər təşkilatlarının Təhsil Nazirliyinin məsul şəxsləri ilə bu formatda görüşlərinin gələcəkdə də keçirilməsinin faydalı olacağı qeyd edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930