bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Kollec direktorunun təsərrüfat işi alınmadı və... - İDDİA

1-07-2020, 15:33 1 822 dəfə baxılıb

Kollec direktorunun təsərrüfat işi alınmadı və... - İDDİA
"Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru İrşad Abbasov barama tədarükündə üzərinə götürdüyü öhdəliyə əməl edə bilmədiyinə görə çətin duruma düşüb.Belə ki rayon rəhbərliyinə xoş gəlmək üçün 200 qr baramanın yetişdirilməsi üçün yer və yem tədarükünü üzərinə götürən kollec direktoru qısa müddət sonra düzgün qulluq aparılmaması nəticəsində az qala bütün məhsulun tələf olmasına görə gərgin anlar yaşayır". Bu barədə teref.az-a yazırlar.

Saytda daha sonra bildirilir: "Artıq bu məhsulun qara bazardan alınmasına və həmən normativin bərpa olunması üçün direktor unikal yol seçib.Çixış yolu olaraq kollecin kollektivindən müvafiq olaraq hər bir şəxsdən 50 manat olmaq şərti ilə pul yığılması tapşırığın verib.Bu məsələni həll etmək direktor müavini Şahin Əliyevə tapşırılıb.Müəllimin aldığı maaş hesabına problemini həll etməyə çalışan direktor, işçilərin şəxsi problemləri yarananda bir dəfə də olsun onlara lazım köməyi göstərməyib.Hansı ki keçmiş direktor işçilərin bütün xeyir və şərində yaxından iştirak edib, onlara istənilən köməkliyi göstərirdi.Artıq direktorun yeni əməlləri kollektivdə böyük narazılığa səbəb olub.Belə ki hətta bəziləri direktorun bu cür qanunsuz göstərişlərinə görə təhsil nazirinə müraciət ünvanlamağa hazırlaşır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930