bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Müəllimdən şikayət: "Hər il imtahan verməkdən bezdik"

19-02-2025, 12:05 14 dəfə baxılıb

 Müddətsiz əmək müqaviləsi əsasında işə qəbul ilə bağlı adının çəkilməsini istəməyən müəllim redaksiyamıza müraciət edib.

Bizimlider- ə danışan müəllim qeyd edib ki, son üç il ərzində iki turdan (mərhələdən) ibarət vakant yerlər elan olunur:

"Bu vakant yerlər də az olur. Gənclərə üstünlük veriləcəyini deyirlər, amma ortada nəsə yoxdur. Mən hər il imtahan verməliyəm ki, müqaviləm yenilənsin, müxtəlif məktəblərdə işlə təmin olunum. Bu isə həm bizim, həm də şagirdlər üçün əziyyətdir. Şagird hər il başqa müəllimi görür. Əvvəl sentyabr ayında vakant yerdə işlə təmin olunandan sonra aprel ayında şifahi imtahan verirdik, daimiləşdirirdilər. İndi tədris ili bitənə qədər çalışırıq, sonra yenidən imtahan verməliyik, balımız da qüvvədən düşür.

Bunu ona görə edirlər ki, guya rüşvətlə müqaviləsini daimiləşdirənlər var. Az bal yığan müəllim niyə boş yerə çağırılır? Əslində, az bal yığan müəllim sosial məzuniyyət yerinə, yüksək bal yığan isə boş yerə çağırılmalıdır ki, orada daimiləşə bilsin. Az müəllim işlə təmin olunsun, vakant yer növbəti ilə qalsın deyə, bu addımı atıblar. Məsələn, 3 il məni işlədirlər, iki il başqasını və bu intervalla davam edirlər, ömrümüz gedir.

Müəllimlərin 90 faizi müddətli əmək müqaviləsi ilə işləyir. Xüsusilə gənc müəllimlər nə vaxt daimiləşəcəklər?"

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentlindən Bizimlider-in sorğusuna cavab olaraq qeyd edilib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin əsas turundan sonra keçirilən turlarda və tədris ili ərzində yaranan yeni vakant yerlərə yalnız müddətli əmək müqaviləsi əsasında işə qəbul aparılır:

"Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə test imtahanında ümumtəhsil proqramı üzrə minimum 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər buraxılır. Müəllimlərin müddətsiz əmək müqaviləsi əsasında işə qəbulu müsabiqənin yalnız əsas turunda həyata keçirilir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728