bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Vakant yerlərinin gizlədildiyini deyən müəllimə nazirlikdən cavab

24-01-2020, 15:37 136 dəfə baxılıb

Vakant yerlərinin gizlədildiyini deyən müəllimə nazirlikdən cavab
Biləsuvar rayonunun Nəsimi kəndi sakini Qasımov Elnur Ağaxan oğlu Biləsuvar rayonunda İngilis dili fənni üzrə vakant yerin olmadığına görə Cəlilabad məktəbində işlədiyini iddia edir.
Bizimyol.info-ya müraciət edən müəllim bildirib ki, 2011-ci ildən Təhsil Nazirliyinin xətti ilə Cəlilabad rayon Sarxanlı kəndində İngilis dili müəllimi işləyir: “Hər il baxıram ki bəlkə Biləsuvar rayonunda İngilis dili üzrə vakant yer göstərəcəklər, yerdəyişmə edərək öz rayonumda işləyəcəm. Amma vakant yerləri gizlədirlər, ya da 6, 7 və ya 8 saat göstərirlər ki, heç kim saat azlığına görə Biləsuvar məktəblərini seçməsinlər. Yenə də o saatları məktəblərdə müəllimlər öz aralarında bölürlər.

Mən hər ay aldığım 520 manat əmək haqqının 50 faizdən çox hissəsini, yəni 280 manatı, ya da 295 manatı ictimai nəqliyyata ödəməli oluram. Beləliklə yerdə qalan cüzi maaşla 4 nəfərdən ibarət ailəmi dolandıra bilmirəm. Dəfələrlə Biləsuvar rayon Təhsil Şöbəsinin müdiri Akşin Bağırov və əməkdaşlarına müraciət edərək Biləsuvar rayon məktəblərinin birində 13 saat dərs yükü ilə məni təmin etməsini istəmişəm. Ya da həyat yoldaşımı məktəblərin birində texniki işçi kimi işlə təmin etsinlər ki, aldığımız məvaciblə ailəmizi aşağı səviyyədə olsa da dolandıra bilək”.

Məsələ ilə bağlı Bizimyol.info-nun sorğusuna Təhsil Nazirliyindən bildirilib ki, Qasımov Elnur Ağaxan oğlu Təhsil Nazirliyinin 13.09.2011-ci il tarixli, 46-25-7185/16 nömrəli məktubuna əsasən Cəlilabad rayonu Sərxanlı kənd ümumi orta məktəbinə ingilis dili müəllimi təyin edilib: “E.Qasımova 15.09.2011-ci il tarixdən 15.09.2016-cı il tarixədək 5 il müddətində ikinci istiqamət üzrə həvəsləndirmə tədbiri tətbiq edilib. Əməkhaqqına əlavə ödənilib. E.Qasımov müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində 37 bal (ixtisas-23, metodika-14) toplayıb. Hazırda Cəlilabad rayonu Sərxanlı kənd ümumi orta məktəbində ingilis dili fənni üzrə 23 saat dərs yükü E.Qasımov tərəfindən tədris edilir.

Məlumat üçün bildiririk ki, 2017/2018-ci tədris ili üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində Biləsuvar rayonu üzrə ingilis dili fənnidən 5 vakansiya, 2018/2019 və 2019/2020-ci tədris ili üçün keçirilmiş müsabiqələrin hər birində isə 3 vakansiya elan edilib və müsabiqə nəticəsində həmin vakansiyalara təyinat olub”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30