bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanda çağırışa gedən həkim bıçaqlandı - Şübhəli SAXLANILDI

7-04-2025, 08:00 0 dəfə baxılıb

 Daşkəsəndə çağırışa gedən həkim Aydın Abbaslıya xəsarət yetirən şəxs saxlanılıb.

Bizimlider-in məlumatına görə, 1997-ci il təvəllüdlü Şahin Əliyev polis əməkdaşları tərəfindən tutulub.

Daşkəsəndə çağırışa gedən həkimə xəstə tərəfindən hücuma məruz qalıb.

Bizimlider "Unikal"a istinadla xəbər verir ki, hadisə rayonun Xoşbulaq kəndində qeydə alınıb.

Belə ki, çağırışa gedən Daşkəsən Rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi 1991-ci il təvəllüdlü A.Abbaslıya xəstə tərəfindən bıçaqla xəsarət yetirilib.

Barmağından bıçaq xəsarəti alan həkimə yardım edilib, hazırda vəziyyətinin normal olduğu bildirilir. İlkin məlumata görə, hadisəni Xoşbulaq kənd sakini 1997-ci il təvəllüdlü Ş.Əliyev törədib. Onun Vətən müharibəsinin iştirakçısı olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031