İnterpol qətldə təqsirləndirilən azərbaycanlı barədə beynəlxalq axtarış elan edib.
Beş.az Trend-ə istinadən xəbər verir ki, 1954-cü ildə Gəncə şəhərində anadan olan Vaqif Həsənov qəsdən adam öldürməkdə təqsirləndirilib.
V.Həsənov barəsində başlanmış cinayət işinin istintaqından yayındığı üçün məhkəmə onun haqqında həbs qəti imkan tədbiri seçib.
O, İnterpol xətti ilə axtarışa verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.