bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Sakinlərin DİQQƏTİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

19-08-2024, 08:29 0 dəfə baxılıb




Suraxanı və Binəqədi rayonlarında qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Park küçəsi, 32 ünvanında qaz xəttinin yerinin dəyişdirilməsi, Binəqədi rayonu, 2-ci Mədən, korpus 98 ünvanında isə "Təmiz Qaz" QSC tərəfindən yeraltı qaz xəttində aşkar olunan qaz sızmasının ləğv edilməsi məqsədilə avqustun 19-u saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu müddət ərzində Suraxanı rayonu üzrə Malik Mustafayev, Park və Səttar Bəhlulzadə küçələrinin, Binəqədi rayonu üzrə isə 1-ci, 2-ci və 3-cü Mədən adlanan ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30