Sabahdan etibarən Azərbaycanın bir rayonunda qaz olmayacaq
Zərdab rayonunun qaz təchizatında fasilə yaranacaq.
Bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Ucar-Zərdab” yüksək təzyiqli magistral qaz kəmərində korroziyaya uğramış hissələrin dəyişdirilməsi, qaz sızmalarının ləğvi və s. görüləcək təmir işləri ilə əlaqədar sabah saat 09:00-dan işlər başa çatanadək “Zərdab” QPS-dən və “Zərdab asfalt beton zavodu” ölçü qovşağından qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan zaman Zərdab rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.