bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Kirayə mənzil bazarında qiymət artır, köhnə tikililər sıradan çıxır: Günahkar bu şəxslərdir

9-09-2024, 15:33 2 dəfə baxılıb



Hazırda kirayə mənzillərin qiyməti çox bahadır. Artıq 1 otaqlı mənzillərin kirayə qiyməti 350-400 manat civarında dəyişir. Qeyd edək ki, avqust ayının sonundan başlayaraq sentyabrın birinci yarısına qədər Bakıda kirayə mənzillərə tələbat həddindən çox artır. Bu, daha çox tələbələrin bölgələrdən ali təhsil almaq üçün paytaxta üz tutması ilə əlaqədardır.

Hazırda Bakıya gələn tələbələr ucuz ev tapmaqda çətinlik çəkirlər. Əvvəllər kirayə üçün ortalama bir tələbəyə 100-150 manat pul düşürdüsə, hazırda bu məbləğ 200-300 manatdır.

Bununla bağlı açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı qeyd edib ki, tələbələrin paytaxta axını kirayə bazarına ciddi təsir göstərir:

“Bu, artıq uzun illərdir ki, bazarda formalaşmış tendensiyadır. Hələ bunu dəyişmək mümkün olmayacaq. Tədris və təhsil müəssisələrinin əksəriyyəti paytaxtda yerləşir. Təəssüflər olsun ki, həmin müəssisələrinin yataqxanaları mövcud deyil. Mövsüm aylarında tələb xeyli dərəcədə artır. Ona görə də tələbin artımı, qiymətə təsir göstərir. Paytaxtda olan infrastruktur işləri, layihələr sürətli şəkildə həyata keçirilir.

Bu işlərin nəticəsində də ucuz və kirayə mənzillər çox sürətlə bazardan çıxır. Yəni, söküntüyə məruz qalır. Nəticə etibarı ilə bütün bunlar ucuz mənzillərin çox kəskin daralma və sıxılmasına gətirib çıxarır. Yəni, tələbin yüksək olduğu bir şəraitdə ucuz mənzillərin azalması təbii ki, bazarda qiymət artımına təsir göstərir. Burada iki əsas faktor var. Birincisi, təbii tələb və təklifdən asılı olan qiymət artımlarıdır. İkincisi isə köhnə tikililərin sıradan çıxmasıdır. Köhnələrin yerinə yeni tikililər meydana gəlir. Yeni tikili isə bazarda qiymət artımı deməkdir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930