bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Tibbi sığorta ilə dərmanlar pulsuz veriləcək? - RƏSMİ AÇIQLAMA

14-09-2024, 10:20 0 dəfə baxılıb



Bir müddət əvvəl Azərbaycanda ambulator müalicədə resept əsasında yazılan bəzi dərman vasitələrinin sığorta hesabına qarşılanması təklifi irəli sürülmüşdü.

Maraqlıdır, görəsən, icbari tibbi sığorta vasitəsilə dərmanlar nə zaman pulsuz veriləcək?

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta Agentliyindən cavab olaraq bildirilib ki, ambulator şəraitdə resept əsasında istifadə olunan dərman vasitələrinin sığorta təminatına alınması üçün "Tibbi sığorta haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən əlaqədar dövlət qurumları ilə razılaşdırılaraq müvafiq dövlət qurumuna təqdim olunub. Qanunun təsdiqindən sonra əlaqədar qaydaların hazırlanması və mövcud qaydaların təkmilləşdirilməsi nəzərdə tutulur.

Mövcud qanunvericilik dərman vasitələrinin təminatı üçün yeni maliyyələşdirmə mexanizmlərinə uyğunlaşdırıldıqdan sonra ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin mərhələli şəkildə icbari tibbi sığorta hesabına qarşılanması prosesinə başlanılacaq. Prosesin tam və müasir standartlarda tətbiqi üçün texniki məsələlərin də tənzimlənməsi istiqamətində hazırlıq işləri görülür.

Hazırda isə təcili və təxirəsalınmaz tibbi xidmətlər, stasionar tibbi yardım və ambulator şəraitdə tibb müəssisələrində vətəndaşa göstərilən bir sıra tibbi xidmətlərdə istifadə edilən anesteziya xidməti, dərman təminatı və tibbi sərf icbari tibbi sığorta hesabına qarşılanır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930