bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Dəniz havası bizi zəhərləyirmiş - məşhur həkimin iddiası

11-09-2019, 14:45 169 dəfə baxılıb

Dəniz havası bizi zəhərləyirmiş - məşhur həkimin iddiası
Dəniz havasının müalicəvi olduğu, insanı sakitləşdirdiyi haqqında çox eşidirik.
Bizimyol.info xəbər verir ki, anestezioloq-reanimatoloq Şahin Məmmədovun öz sosial hesabından dəniz havasının əslində bizi zəhərləməsi haqqında paylaşım edib.

"İnsanlar hələ də elə bilir ki, dəniz havası xeyirlidir"

Ekoloji çirklənmə nəticəsində mavi Xəzərin suları günü-gündən çirklənsə də, Bakı sakinlərinin və qonaqlarının əvəzolunmaz istirahət məkanı olaraq qalmaqdadır. Az qala ilin bütün fəslində balacasından tutmuş ahıl yaşda hər kəsi dəniz kənarında görmək olur. Düzdür, bəzi yerlərdə mavi rəngini itirmiş dənizin çirkli suyu, burnumuzu tutmağa vadar edən ürəkbulandırıcı pis, üfünətli iy ilə üz-üzə qalsaq da, "Dəniz havası xeyirlidir" fikri buna dözməyə də vadar edir. Lakin bu gün anestezioloq-reanimatoloq Şahin Məmmədovun öz sosial hesabından etdiyi bir paylaşım bu fikirdə yanıldığımızı göstərdi. Həkimin paylaşımını təqdim edirik:

“Dənizdən gələn iy hidrogen sulfid qazının iyidir. Lax yumurta iyinə bənzəyir. Bu qaz əslində yüksək dozada güclü zəhərdir, öldürücü qazdır. Dəniz havasında olan dozası isə sadəcə başağrısı yaradır, gözləri qıcıqlandırır, burunu sulandırır, yuxululuq törədir və s. Hidrogen sulfid qazı dənizdə yaşayan fitoplankton, dəniz yosunlarının bakteriyaları yedikdən sonra buraxdığı qazlardır. Məişətdə bu qazın iyi kanalizasiyadan da gəlir, eyni qazdır. Dəniz havasının yod məsələsinə gəlincə, yoda olan gündəlik tələbat əsasən yeməklərlə ödənilir, dəniz havasındakı yod gündəlik tələbat üçün olduqca azdır. Daha oksigenli – yaşıllıq olan ərazilərdə gəzmək daha məqsədəuyğundur. Dəniz qırağı sakitlik baxımdan bəzi insanlara rahatlıq verə bilər. Amma dəniz havasının nəmişliyi və hidrogen sulfid xeyirli deyil, əksinə zərərlidir. Bir sıra ağciyər xəstəliklərinin, xüsusilə bronxial astmanı, allergik riniti, allergik bronxiti və s. kəskinləşdirə bilər. Dəniz qırağında, dənizin iyi hiss ediləcək qədər yaxınlığında yaşayan insanlar bu qazın uzunmüddətli mənfi təsirinə məruz qalır.

Bulvarda qaçanları görəndə isə onların yerinə mən arıqlayıram"






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930