bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Qəhvənin gözlənilməz təhlükəsi

26-12-2024, 12:04 1 dəfə baxılıb

 

Yatmazdan 12 saat əvvəl yüksək dozada kofein qəbul etmək belə gecə istirahətinin keyfiyyətini azalda bilər.

Bunu Avstraliya Katolik Universitetinin alimləri müəyyən ediblər.

Araşdırmanın nəticələri “Sleep” jurnalında dərc olunub.

Tədqiqatda 18-40 yaş arası 23 kişi iştirak edib. Bütün könüllülər mütəmadi olaraq orta dozada (gündə 300 mq-dan az) kofein istehlak ediblər. Təcrübənin bir hissəsi olaraq, subyektlərdən yatmazdan 12, 8 və 4 saat əvvəl (müxtəlif günlərdə) 100 və 400 mq kofein qəbul etmələri istənilib.

Nəticələr göstərib ki, yüksək dozada kofein (xüsusən də 400 mq) hətta yatmazdan 12 saat əvvəl qəbul edilsə belə, yuxunu poza bilər. Yatmazdan dörd saat əvvəl qəbul edilən 100 mq kofein isə gecə istirahətinə praktiki olaraq heç bir təsir göstərməyib.

Alimlər qeyd ediblər ki, eksperiment iştirakçıları çox vaxt kofeinin yuxuya təsirini hiss etməyiblər, baxmayaraq ki, xüsusi yuxu monitorinq cihazının polisomnoqrafiya məlumatlarında onun keyfiyyətinin pisləşməsi müşahidə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ocak 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031