bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Xoş təsirli acı şokolad: Xərçəngə qarşı yeni silah

27-12-2024, 10:49 7 dəfə baxılıb

 


Elm adamları tünd şokolad həvəskarları üçün sevindirici xəbər veriblər: yeni araşdırmaya görə, bu şirniyyatın gündəlik istehlakı ağız boşluğu xərçəngi riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Bu barədə Çinin Quansi Tibb Universitetinin alimlərinin araşdırmaları nəticəsində məlum olub.

Bildirilir ki, tədqiqat zamanı 10 mindən çox könüllünün qida vərdişləri öyrənilib.

"Tünd şokoladın qoruyucu xüsusiyyətlərinin sirri kakaoda olan kimyəvi maddələrdədir. Bu birləşmələr ağız boşluğunda bədxassəli şişlərin əmələ gəlməsini dayandıra bilir".

Maraqlıdır ki, alimlər istehlak edilən şokoladın dəqiq miqdarını ölçməyiblər, yalnız onun tədqiqat iştirakçılarının pəhrizinin daimi hissəsi olub-olmadığını nəzərə alıblar. Bu o deməkdir ki, hətta müntəzəm olaraq kiçik porsiya tünd şokolad sağlamlığa müsbət təsir göstərə bilər.

Tədqiqatçılar təkcə şokoladın deyil, şirin bibərin də xərçəngə qarşı oxşar təsirə malik olduğunu aşkar ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ocak 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031