bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bu 3 ədviyyat qanda şəkər və xolesterin miqdarını azaldır

30-07-2024, 10:11 0 dəfə baxılıb




Tədqiqatçılar ədviyyatların qanda qlükoza və xolesterol səviyyələrini tənzimləməkdə mühüm rol oynadığını aşkar ediblər.

Publika.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri Universitetinin alimləri qida rasionuna darçın, qaraçörəkotu və zəncəfil kimi ədviyyatların əlavə edilməsinin təsirlərini araşdırıblar.

Həkimlər qanda qlükoza və xolesterin səviyyələrini idarə etmək baxımından darçın, qaraçörəkotu və zəncəfilin sağlamlığa əhəmiyyətli təsir göstərə biləcəyi qənaətinə gəliblər.

Məlum olub ki, ədviyyatlar metabolik sindrom riski olan insanlara daha müsbət təsir göstərir. Hansı ki, bu problem karbohidrat, lipid və purin mübadiləsinin pozulması ilə özünü göstərir və arterial hipertenziyaya səbəb olur.

12 həftəlik təcrübələrdən sonra pəhrizdə zəncəfil və qaraçörəkotunun yer almasının aclıq qlükoza səviyyəsini azaltdığı məlum olub.

Ümumi LDL xolesterolunu azaltmaq da mümkün olub. Darçın da qlükoza ilə bağlı oxşar nəticə göstərib. Qaraçörəkotu ilə ən təsirli nəticələrin əldə edildiyi bildirilib.

Tədqiqatçıların fikrincə, darçın isə qlikozlaşdırılmış hemoglobinin (HbA1c) səviyyəsini azaltmaqda ən böyük təsirə malikdir.

Mütəxəssislər darçını içkilərə, səhərlər sıyıqlara, qatığa və smuzilərə əlavə etməyi məsləhət görüblər.

Zəncəfilə gəlincə, onu təzə halda yeməklərdə istifadə etmək daha yaxşıdır. Əvvəlcə onu sürtgəcdən keçirmək məsləhətdir.

Qaraçörəkotu isə düyü və ət yeməklərinə, salatlara əlavə edilə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930