Şabranın Pirəbədil Tarix Muzeyi: 700-dən çoxu nümayiş olunan 2500-ə yaxın eksponat
Pirəbədil Şabran rayonunun təbiət mənzərələri ilə zəngin və qədim kəndlərindəndir. Kəndin ərazisində Pirəbədil Tarix Muzeyi yerləşir. Bu bina 1968-ci ildən 2013-cü ilədək Qəzənfər Musabəyovun ev-muzeyi kimi fəaliyyət göstərib. 1862-ci ildə tikilən malikanə Qəzənfər Musabəyovun atası Mahmudağa bəyə məxsus olub.
2013-cü ildə binanın adı dəyişdirilib və buraya Pirəbədil Tarix Muzeyi adı verilib. Bişmiş kərpicdən tikilən ikimərtəbəli muzey binası 14 otaqdan, eyvan və aynabənddən ibarətdir. Muzeydə 2500-ə yaxın eksponat toplanıb. Bunlardan 700-dən çoxu ekspozisiyada nümayiş etdirilir.
PhotoStock.Az-ın əməkdaşı ərazidən fotoreportaj hazırlayıb: