Yeddi pilləli şəlalə və xristianlığın ilk məbədlərindən biri
Bakı ilə Qəbələ arasında məsafə 225 kilometrdi. Əhalisi isə 86300 nəfərdir. Qəbələ 7 fevral 1991-ci ilədək Qutqaşen adlandırılıb.
Qədim zamanlarda isə Plinin yazılarında Qəbələ Kabalaka, Ptolomeyin yazılarında isə Xabala adlandırılıb.
Qoz və şabalıd meşələri ilə zəngin olan Qəbələ şəhərinin ətrafında çoxlu mineral su bulaqları və təmiz sulu çeşmələri var. Dağların ətəyində dəniz səviyyəsindən 1000m yüksəklikdə yerləşən şabalıd meşəsi bu rayonun sərvətidir. Baharda bu meşədə gözəl bir mənzərə yaranır. Buradakı ağacların hər birinin orta yaşı 500 ildən çoxdur. Bu ağaclardan bəziləri dövlət tərəfindən mühafizə olunan ağacların siyahısına daxil edilmişdir.Qəbələ rayonun Məmmədağali kəndinin yaxınlığında dəmirağac meşəliyi tapılıb. Burada bu ağaclardan 60-a qədərdir bu ağaclarin yaşi təxminən 350-dir.
Qəbələ şəhərində bir çox sənaye obyektləri fəaliyyət göstərir. Bunlar Qəbələ Konserv Zavodu, Asfalt, Dəmir-Beton, Kərpic, Fındıq, Şərab emalı və Qum-Çınqıl zavodlarıdır. Bütün bu zavodlar 2004-cü ildən sonra tikilib. Qəbələdə çox böyük turizm potensialı var. Son bir neçə il ərzində Qəbələdə bir neçə müasir hotel, həmçinin 2011-ci ildə beynəlxalq hava limanı tikilib.
Qəbələnin bir neçə görməli məkanını sizə təqdim edirik.
Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi
1980-ci il mayın 15-də yaradılmış Qəbələ Tarix-Diyarşünaslıq Muzeyində şəhərin 2500 illik tarixini əks etdirən tarixi və elmi əhəmiyyətə malik 12 min eksponat mühafizə edilir.
Muzeydə 13 ekspozisiya zalı, muzey fondu, rəsm qalereyası, elmi kitabxana, habelə açıq məkanda fəaliyyət göstərən qədim daş eksponatlardan ibarət sərgi var. Burada eramızdan əvvəl II-I əsrlərə aid küp qəbirlərin nümunələri və VI əsrə aid sarkofaq da mövcuddur. Arxeoloji, etnoqrafik və numizmatika materialları, xalq yaradıcılığı nümunələri, qədim əlyazma və kitablar xüsusilə diqqəti cəlb edir.
Bu mədəniyyət mərkəzi respublikanın aparıcı muzeyləri və Azərbaycan Milli Elmlər Akademiyasının institutları ilə sıx əməkdaşlıq edir.
ADPU-nun "Riyaziyyat və onun ibtidai kursunun tədrisi texnologiyası" kafedrasının dosenti,
R.Ü.E.F.D Balaşov Qulaməli Qurbanəli oğlu