bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Səhiyyə sistemi ilə bağlı 15-ə yaxın sənəddə PROBLEM var

Dün, 12:00 0 dəfə baxılıb

 "Azərbaycanda səhiyyə sistemi ilə bağlı 15-ə yaxın sənəd var ki, onlar ya tamamilə yenilənməli, ya da müəyyən dəyişikliklər edilməlidir".

Bizimlider "Report"a istinadən xəbər verir ki, bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev Milli Məclisdə keçirilən "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları" mövzusunda dinləmədə deyib.

O qeyd edib ki, həmin sənədlər kadrlarla, ilkin səhiyyə xidmətləri ilə, maddi-texniki baza ilə və s. bağlıdır:

"Azərbaycanda ilkin səhiyyə xidmətinə ayrılan vəsait çox aşağıdır. Tibbi xidmətlərin sayının artırılması ilə bağlı işlər gedir. Xidmətlər zərfindəki 35 xidməti 150-yə çatdırmağı nəzərdə tuturuq. Bərdə rayonundakı pilot layihəyə görə isə bu say 83-ə çatdırılacaq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ocak 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031