bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Səhiyyə xərcləri 2 milyard manatdan çox olacaq

30-10-2019, 11:34 212 dəfə baxılıb

Səhiyyə xərcləri 2 milyard manatdan çox olacaq
“2020-ci ilin dövlət büdcəsi investisiya tutumlu və sosial yönümlü bir büdcədir”.
Bizimyol.info xəbər verir ki, bunu apa-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib.

M. Quliyev deyib ki, gələn ilin dövlət büdcəsi layihəsində sosial xərclər bu ilə nisbətən 8 faizdən çox artıqdır: “Beləliklə, gələn ilin dövlət büdcəsi layihəsində sosial xərclər 38,6 faiz təşkil edir. Bu, müstəqillik tariximizdə ən yüksək sosial yönümlü büdcədir. Büdcə xərclərinin böyük bir hissəsi səhiyyə xərclərinə ayrılıb. Səhiyyə xərcləri də bu ilə nisbətən 340 milyon manat, yaxud 31 faiz artaraq 1 milyard 400 milyon manat təşkil edir. Eyni zamanda nəzərə alsaq ki, gələn ildən icbari tibbi sığortanın tətbiqi başlanacaq, sığorta ödəyənlərin, yəni işəgötürənlərin və işçilərin tibbi sığorta haqlarından da 500 milyon manat vəsaitin büdcəyə daxil olması gözlənilir. Beləliklə, bütövlükdə gələn il səhiyyə xərcləri 2 milyard manatdan çox olacaq. Bu da müstəqillik dövrümüzdə ən yüksək səhiyyə büdcəsidir”.

Komitə sədrinin müavini qeyd edib ki, bu büdcə gələn il əhalinin tibbi xidmətlərə əlçatanlığının daha da yaxşılaşacağını söyləməyə əsas verir: “Tibbi xidmətlərin keyfiyyəti daha da yaxşılaşacaq. Azərbaycan vətəndaşlarının cibdən vəsait ödəməsinə ehtiyac qalmayacaq. Vətəndaşların dövlət, o cümlədən “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində bütün müalicə xərclərini büdcədən və İcbari Tibbi Sığorta Fondundan ayrılan vəsait tam təmin edəcək”.

M. Quliyev nəzərə çatdırıb ki, 2020-ci ilin dövlət büdcəsi layihəsində səhiyyə xərcləri üçün nəzərdə tutulan 1 milyard 400 milyon manat vəsaitin bölüşdürülməsi dövlət tərəfindən aparılacaq: “Təxminən 300 milyon manat səhiyyə sahəsində dövlət, yəni məqsədli proqramlara ayrılacaq. Bura onkoloji xəstəliklər, vərəm, qan xəstəlikləri, talassemiya və digər xəstəliklər daxildir. Xərclərin bir hissəsi tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, bir hissəsi tibb işçilərinin əməkhaqqına yönələcək. Büdcədən səhiyyəyə ayrılacaq ümumi xərclərinin təxminən 75-80 faizi icbari tibbi sığortaya yönələcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930