bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Xəzər Dəniz Neft Donanmasının işinin nə vaxtdan bərpa olunacağı AÇIQLANDI

24-02-2025, 09:00 0 dəfə baxılıb

 "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasının gəmiləri ilə həyata keçirilən yük və sərnişin daşımaları adi rejimdə davam etdirilir.

Bizimlider xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq ASCO-dan bildirib.

"Xəzər Dəniz Neft Donanmasının əməliyyatlarının isə günün ikinci yarısından sonra bərpa olunacağı gözlənilir", - deyə o qeyd edib.

Bu gün saat 10:00-a olan məlumata əsasən, hazırda ölkə ərazisində qarlı və şaxtalı hava şəraiti davam edir. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında üç, Aran rayonlarında beş, Naxçıvan MR-da 14, dağlıq rayonlarda 16, yüksək dağlıq ərazilərdə 23 dərəcə olub.

Xatırladaq ki, daha əvvəl Xəzər akvatoriyasında müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar Dəniz Nəqliyyatı və Xəzər Dəniz Neft Donanmasına məxsus ASCO gəmiləri təhlükəsizlik məqsədilə lövbərlər dayanacaqlarına və təhlükəsiz sığınacaqlara çəkilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031