Azərbaycanda kapitan gəmidə qadını zorlamaq istədi
Xəzər dənizində gəmi kapitanı qadını zorlamaq istəyib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmilərindən birində qeydə alınıb.
Gəmidə aşpaz işləyən 41 yaşlı P.Ə. iddia edir ki, gəminin kapitanı 54 yaşlı A.C. onu zorlamağa cəhd edib.
Qadın faktla bağlı bir sıra dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına müraciət edib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev Oxu.Az-a açıqlamasında qadının şikayət etməsini təsdiqləyib. O bildirib ki, məsələ ilə bağlı şikayətçi hüquq-mühafizə orqanlarına müraciət edib:
“Hüquq-mühafizə orqanlarının verəcəyi qərara uyğun olaraq QSC müvafiq addım atacaq”.