bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Qar örtüyünün hündürlüyü Zaqatalada 80, Lerikdə 70 santimetri keçib - 24.02.2025

24-02-2025, 13:30 0 dəfə baxılıb

 Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bu barədə Bizimlider-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Fevralın 24-ü saat 10:00-a olan məlumatına əsasən hazırda ölkə ərazisində qarlı və şaxtalı hava şəraiti davam edir.

Yağan qar örtüyünün hündürlüyü Zaqatalada (Əlibəy) 82, Lerikdə 71, Qaxda (Sarıbaş) 50, Şəkidə (Kişçay) 40, Neftçalada 31, Lənkəranda 29, Yardımlıda 28, Qrızda 23, Balakən, Laçın və Qəbələdə 22, Daşkəsəndə 21, Kəlbəcər, Şahbuz və Astarada 20, Xaltan və Gədəbəydə 19, İsmayıllı, Naxçıvan və Biləsuvarda 16, Oğuz, Zərdab və Göygöldə 13, Xınalıq, Şuşada 12, Cəlilabad və Ağsuda 11, Qobustanda 10, əksər rayonlarda eyni zamanda Bakıda və Abşeron yarımadasında 9 sm-dir.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 5, Naxçıvan MR-də 14, dağlıq rayonlarda 16, yüksək dağlıq ərazilərdə 23 dərəcəyədək şaxta qeydə alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031