bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Qar örtüyünün hündürlüyü 18 santimetrə çatdı - FAKTİKİ HAVA

3-01-2022, 13:24 167 dəfə baxılıb

Qar örtüyünün hündürlüyü 18 santimetrə çatdı - FAKTİKİ HAVA
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, yanvarın 3-ü saat 12:00-a olan məlumata əsasən, bəzi yerlərdə yağıntılı olub, dağlıq rayonlarda qar yağıb, ayrı-ayrı yerlərdə şimal-qərb küləyi arabir güclənib.

Düşən yağıntının miqdarı Yardımlıda 27 mm, Biləsuvarda 26 mm, Ləzədə (Qusar) 11 mm, Şahbuzda 7 mm, Ağdərədə (Ordubad) 6 mm, Şabran, Ordubadda 4 mm, Xınalıq, Lerik, Quba, Qrızda 3 mm, Astara, Şərurda 2 mm, Qusar, Xaltan, Sədərəkdə 1 mm, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Ləzədə (Qusar) 18 sm, Qrızda 13 sm, Ağdərədə (Ordubad) 10 sm, Xınalıqda, Şahbuzda 7 sm, Xaltanda 6 sm, Lerikdə 4 sm, Şərur, Sədərəkdə 2 sm, Qusar, Sarıbaşda (Qax) 1 sm olub.

Şimal-qərb küləyi arabir Naftalanda 28-32 m/s, Şəki, Tərtərdə 25 m/s, Bərdə, Neftçala, Qobustan, Gəncə, Daşkəsəndə 20 m/s, Ağdamda 18 m/s, Bakıda və Abşeron yarımadasında 15-19 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,8 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6 dərəcəyədək isti, aran rayonlarında 3-6 dərəcə isti, dağlıq rayonlarda 2-9 dərəcə şaxta, Naxçıvan MR-da 5-10 dərəcə şaxta olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930