bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanda ilin hakimləri bəlli oldu

28-02-2025, 18:00 200 dəfə baxılıb

 Bu gün ölkəmizdə ilk dəfə olaraq Azərbaycan Hakimlərinin Forumu keçirilib.

Bizimlider xəbər verir ki, tədbirdə müxtəlif nominasiyalar üzrə Azərbaycan Hakimlər İttifaqının təsis etdiyi "İlin hakimi" mükafatının təqdimat mərasimi baş tutub.

Mərasimdə "Hakimliyə namizədlərin və hakimlərin tədrisində səmərəli fəaliyyətə görə" Ali Məhkəmənin hakimi Elşanə Vəliyevə, "Ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində hüquq elminin inkişafına verdiyi töhfəyə görə" Ali Məhkəmənin hakimi Zaur Əliyev, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Orxan İsmayılov, Nəsimi Rayon Məhkəməsinin hakimi Nail Abbasov, "Məhkəmə təcrübəsinin vahidliyinin formalaşmasına verdiyi töhfələrə görə" Ali Məhkəmənin hakimi Səyyad Kərimov, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Rafael Eyvazov, "Elektron Məhkəmə" informasiya sisteminin inkişafına verdiyi töhfəyə görə" Bakı Apellyasiya Məhkəməsinin hakimi Tural Qocayev "İlin hakimi" mükafatı ilə təltif olunublar.

Bundan başqa, Azərbaycan Hakimlər İttifaqının İdarə Heyətinin üzvü Əsəd Mirzəliyev "Hakimlərin ictimai fəaliyyəti sahəsində səmərəli fəaliyyətə görə", "Femida Könüllüləri" təşkilatının dörd könüllüsü isə "Məhkəmə-hüquq sistemində könüllülük fəaliyyətinin səmərəli təşkilinə görə" mükafatı ilə təltif olunublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031