Şöbə müdiri: "Azərbaycanda uşaqların 15 faizi nikahdankənar doğulur"
"Boşanmaların təşəbbüskarı 70 faiz hallarda qadınlardır".
Bizimlider xəbər verir ki, bunu "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi" mövzusunda Milli Məclisdə keçirilən ictimai dinləmə zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib. O bildirib ki, bu cür boşanmalarda səbəb kimi bir çox hallarda xasiyyətin uyğun gəlməməyi göstərilir.
Ailə, qadın, uşaq problemləri üzrə bir sıra problemlərə toxunan T.İbrahimova uşaq doğumlarında cins nisbətinin pozulmasına, çoxuşaqlı ailələrin sayının azalmasına da diqqət çəkib: