bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

"Çörəkpulu" alan köçkünlərin sayı azalıb

17-03-2025, 17:00 2 dəfə baxılıb

 2024-cü ilin sonuna dövlətdən vahid aylıq müavinət ("çörəkpulu") alan keçmiş məcburi köçkünlərin sayı 408 400 nəfər olub.

Bizimlider Modern.az-a istinadən xəbər verir ki, həmin şəxslərdən 50 200 nəfər 33 manat, 358 200 nəfər isə 60 manat alanlardır.

Bu məqsədlə dövlət büdcəsindən keçmiş məcburi köçkünlərə ümumilikdə 287 207,7 min manat məbləğində vəsait xərclənib.

Bildirilib ki, 2024-cü il il ərzində keçmiş məcburi köçkünlərin siyahılarında mütəmadi olaraq aparılmış dürüstləşmələr nəticəsində "çörəkpulu" alanların sayı 39 100 nəfər azalıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031