bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bu köçkünlərə çörəkpuludan başqa, Qarabağda ev də verilməyəcək? - “Bu qayda artıq qüvvədədir”

28-12-2024, 10:18 2 dəfə baxılıb

 

Qanunvericilikdə edilən dəyişikliklərə görə, adına ev, torpaq sahəsi olan məcburi köçkünlərin çörəkpulu kəsilir. Son vaxtlar sosial şəbəkələrdə yayılan iddialara görə, həmin şəxslərə Qarabağda və Şərqi Zəngəzurda ev də verilməyəcək.

Mövzu ilə əlaqədar danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, müavinətlərlə bağlı tətbiq olunan qaydanın ev təminatı ilə heç bir əlaqəsi yoxdur:

“Məcburi köçkünlərə verilən aylıq müavinətlərlə bağlı qaydalar 2017-ci ildə dəyişdirilib. Yəni əslində, bu, yenilik deyil. Həmin qaydalara əsasən, mənzil sahibi olan, eyni zamanda, dövlət müəssisələrində çalışan və eləcə də ölkəni müəyyən müddət tərk edən məcburi köçkünlərin müavinətlərinin verilməsi dayandırılmışdı.

Bu qaydalar artıq xeyli müddətdir ki, qüvvədədir. Ona görə də bu qaydalarla məcburi köçkünlərin məskunlaşması və onların öz yurdlarında mənzil təminatı ilə hər hansı bir əlaqəsi yoxdur”.

Deputatın sözlərinə görə, mərhələli köç prosesində heç bir çətinlik, yaxud problem gözlənilmir:

“Təbii ki, ilkin yanaşma ondan ibarətdir ki, ilk növbədə, mənzil şəraiti ağır olan, yataqxana və inzibati binalarda məskunlaşan vətəndaşlarımızın köçürülməsi həyata keçirilir. Amma nəzərə almaq lazımdır ki, Qarabağ və Şərqi Zəngəzurdan məcburi köçkün olan vətəndaşlarımız mərhələli şəkildə öz ata-baba yurdlarına qayıdacaqlar və bununla bağlı həmin vətəndaşlarla mütəmadi əlaqələr saxlanılır. Məskunlaşma ilə bağlı hər hansı problem, yaxud çətinliyin olacağı gözlənilmir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ocak 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031