bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Baş redaktor güc nazirlərinə müraciət etdi

8-10-2019, 15:34 225 dəfə baxılıb

Baş redaktor güc nazirlərinə müraciət etdi
Son günlər Unikal.org xəbər portalına haker hücumları intensiv hal alıb. Dünən gecə saatlarından başlayaraq portala haker hücümü daha da artıb. Texniki heyət önləyici tədbirlər görsə də, sayta giriş məhdudlaşıb.

Bu barədə Bizimyol.info-ya açıqlama verən Unikal Media Qrupun rəhbəri Asəf Rzayev deyib ki, son günlər sayta yayımlanan xəbərlər ictimai rəydə rezonans doğurduğu üçün kimlərsə bundan ciddi narahat olur: "Təbii ki, biz bu hücumların kimlər tərəfindən təşkil olunduğunu deyə bilməsək də, müəyyən şübhələrimiz var. Xüsusən qeyd edim ki, İctimai Televiziyanın rəhbəri Balakişi Qasımovun kabinetindəki yanğınla bağı video yayımladıqdan və dünən gecə Baş nazir Novruz Məmmədovun istefa ərizə ilə bağlı xəbər yayımlanandan sonra sayta genişmiqyaslı hücum başladı. Hücumlar müxtəlif istiqamətlərdən olduğunda qarşısını almaq mümkün olmayıb. Hazırda texniki heyət saytın arxivinin qorunması istiqamətində ciddi səy göstərir. Çünki hücumun sifarişini kim veribsə, Unikal.org-a ciddi zərbə vurmaq istəyir".

Media Qrupun rəhbəri Asəf Rzayev DTX rəisi Əli Nağıyevə, Baş Prokuror Zakir Qaralova və Daxili İşlər Naiziri Vilayət Eyvazova müraciət edərək Unikal.org xəbər portalına qarşı təşkil olunan haker hücumunun qarşısının alınması ilə bağlı göstəriş verilməsini xahiş edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930