Şəmkirdə itən qız Sumqayıtda tapıldı
Şəmkirdə bir ay əvvəl toyu olan və itkin düşən qız tapılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Həsənovanın yeri Sumqayıt şəhərində müəyyən edilərək ailə üzvlərinə təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Xatırladaq ki, Şəmkir rayon sakini, 2002-ci il təvəllüdlü Xəyalə Həsənova yanvarın 6-da Şəmkir rayon Kür qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmamışdı. O, ötən ilin dekabrında ailə qurub.(qafqazinfo)