İqtisadçı: “Koronovirus hər gün Azərbaycana ən az 4 milyon dollar ziyan vurur”
Dünyanı lərzəyə salmış koronovirus bəlası həm can alır, həm də iqtisadi zərbələr endirir. Çindən yayılan virus Çinə, dünyaya və Azərbaycana hansı şəkildə təsir edəcək? Bizimyol.info-nun suallarını iqtisadçı Rəşad Həsənov cavablandırır.
-Rəşad bəy, koronovirusun Çin iqtisadiyyatını çökdürmək üçün ABŞ tərəfindən irəli sürülmüş təxribat olması barədə düşüncələr var. Lakin bu da var ki, bu addım oturduğun budağı kəsməyə bənzəyir.
- Tamamilə yalnız bir fikirdir. Konsproloji izahdır. Düzdür asan izahdır amma əsassız izahdır. Hələ bir ay əvvəl ABŞ və Çin arasında imzalanmış sazişə əsasən, ABŞ Çinə təkcə 40 milyard dollarlıq kənd təsərrüfatı məhsulu ixrac edəcək. İl ərzində ABŞ-dan Çinə 250 milyard dollarlıq mal və xidmətlər ixrac olunur. Bundan başqa ABŞ sənayesinin böyük bir qismi Çində yerləşir.Bu o deməkdir ki ucuz işçi qüvvəsindən istifadə olunaraq daha çox gəlir əldə olunur.Yəni indiki halda bu müəssisələrin fəaliyyətinin qısa müddətdə belə dayandırılması ABŞ iqtisadiyyatı üçün dövlət gəlirləri baxımından kifayət qədər böyük itkidir. ABŞ kimi güclü və ağıllı qərarlar verən bir dövlət milyard yarımlıq bir bazarı sıradan çıxarmaq istəməzdi. ABŞ-Çin arasında iqtisadi müqayisələrdə kifayət qədər böyük səhvlərə yol verilir. Çin iqtisadiyyatı bundan sonra 150 il də dayanmadan inkişaf etsə ABŞ-a çata bilməz. Adambaşına düşən istehsal, gəlir baxımından ABŞ irəlidədir. Buna görə mən bu yanaşmanı qəbul etmirəm.
- Bu mənada dünya bazarını nələr gözləyir?
- Çin iqtisadiyyatı dünya iqtisadiyyatının təxminən 13-15 faizini təşkil edir. Çin dünya əhalisinin beşdə birinin məskunlaşdığı bir ölkədir. Koronovirus dünya iqtisadiyyatında bütün sahələrə təsir edəcək, bu qaçılmazdır. İlk növbədə mal bazarında mal xə xidmətlərə tələb aşağı düşəcək.Artıq bu proses başlayıb.Enerji məhsulları və qiymətli metallar bazarında sürətlə azalma gedir. Artıq dünya bazarlarında xam neftin qiyməti, fond birjalarında səhmlərin dəyəri uculaşmağa başlayıb. Belə ki, bu gün dünya birjalarında WTI Crude Oil (Nymex) qiyməti USD/bbl. 52.95 Brent Crude (ICE) qiyməti USD/bbl. 59.15 olub. Misin və dəmir filizinin qiymətləri son 3 ayın ən aşağı səviyyəinə enib, hətta qızılın qiyməti də ucuzlaşıb.
Qiymətli kağızlar bazarına dəyər itkisi müşahidə olunur. Bir çox şirkətlərin istehsalının əhəmiyyətli hissəsi Çində yerləşmişdi, indi onların səhmlərinin qiyməti düşüb. Qısa və orta müddətli ssenari çox neqativdir.2020-21-ci illər üçün artım proqnozu onsuz da çox mübət deyildi. 2,6-2,8 artım proqnozlaşdırılmışdı.Elə bu da əvvəlki dövrlərə nisbətən daha aşağı artım səviyyəsi idi, indi koronovirusun təsiri ilə bu rəqəm daha da aşağı düşə bilər.Həyəcan siqnalları son aylarda verilməkdəyidi, indi prooblem daha da dərinləşəcək. Orta müddətli dövrdə bu virusu cilovlamaq mümkün olmasa, dünya iqtisadiyyatı üçün çətin bir dövr və durğunluq başlayacaq.Ona doğru sürətlə irəliləyirik.
- Bu qorxunc ssenaridə qloballaşan dünyanın bir parçası olan Azərbaycanın payına nə düşəcək?
- Dolayısıyla bütün bunlar Azərbaycan iqtisadiyyatına da təsir edəcək. İlk növbədə neftin ucuzlaşması ilə Azərbaycan iqtisadiyyatına zərbə dəyəcək. Xarici ticarət saldosunun azalması tədiyyə balansının azalmasına gətirib çıxaracaq. Nəzərə almaq lazımdır ki, Azərbaycanın gündə birjalara 600-650 min barel neft çıxarır. Neftin bir dollar ucuzlaşması ilə Azərbaycan üçün gündəlik itki 650 min dollar civarında təşkil edir. Hazırda neftin qiyməti 6 dollara yaxın ucuzlaşıb. Bu o deməkdir ki, Azərbaycanın itkisi gündəlik 4 milyon dollar təşkil edir. Hələ təkcə neftdən. Bundan baqa Azərbaycanla Çin arasında 2,2 milyard dollarlıq ticarət əlaqəsi var. Azərbaycan Çindən 1,4 milyard dollarlıq məhsul alır.Gömrük Komitəsi açıqlama verdi , məhsulların böyük əksəriyyətinin gətireilməsinə məhdudiyyət qoyuldu. Çindən alınana məhsul Azərbaycanın xaricdən aldığı hər 100 manat məhsulun 11 manatını təşkil edir. Yəni bu kateqoriyadan məhsulu alıcılıq qabiliyyəti olan insanlar alırlar. Keyiyyəti aşağı olsa da, qiyməti də aşağı olurdu. İndi alternativ ölkələrə üz tutmağa başlayacağıq.
- Onda nə baş verəcək?
- Çin qədər ucuz alternativ yoxdur. Daha çox Türkiyə, İran, Ukrayna, Rusiya, Polşa olacaq , amma qiymət aşağı olmayacaq. Buna görə itirənlər azərbaycanlı istehlakçılar olacaq, bahalaşma baş verəcək, alıcılıq qabiliyyəti aşağı düşəcək. Başqa bir kontekstdən baxsaq Azərbaycan ötən il Çinə 750 milyon dollarlıq mal ixrac edib. 1,9 milyard dollar qeyri- neft sahəsi üzrə ixracımız var, bu anlamda 750 milyon bizim üçün az sayılmır.Sahibkarlar Çin bazarlarına fokuslaşmışdılar.Bu mərhələli şəkildə azalacaq, həm çinli alıcıların da alıcılıq gücü azalacaq. Digər məsələ turuzmlə bağlıdır. Ötən 20 gündə Çindən dünyaya səfər edənlərin sayında 70 faiz azalma müşahidə olunub. Azərbaycana gələn çinlilərin sayı çox deyildi . 2019-cu ildə bu ölkədən 24 min adam bizə turist səfərinə gəlib. Ölkəmizə gələn 200 turistdən biri çinlidir. Bu çox deyil. Amma Azərbaycan turizm baxımdan da Çin bazarına üz tutmaq istəyirdi. İndi bu səylər bir müddətlik təxirə salınacaq və azalma müşhaidə olunacaq.