bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bakıda marşrut avtobusu hökumətin qərarını belə pozdu

27-03-2020, 15:17 201 dəfə baxılıb

Bakıda marşrut avtobusu hökumətin qərarını belə pozdu
Bir neçə gün əvvəl Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda Bakı Nəqliyyat Agentliyi metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında saat 06:00-22:00 arasında xüsusi ekspress avtobus xətlərinin fəaliyyəti barədə qərar qəbul edilib.

Oxu.Az-ın məlumatına görə, qərardan sonra martın 23-də Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, M1 və M2 ekspress marşrut avtobusları 06:00-22:00 arası fəaliyyət göstərəcək.

Ekspress xətlər üzrə avtobuslar yalnız metrostansiyaların çıxışlarında dayanacaq.

Amma Bakı Nəqliyyat Agentliyinin tabeliyində olan 7a nömrəli avtobus buna əməl etmir. Bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

Belə ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən “Əhmədli” metro stansiyası istiqamətində hərəkət edən avtobusda sərnişinlərin sıxlığı müşahidə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30