bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İcra başçısının Lənkərandakı mülki ilə bağlı xəbərlərə - AÇIQLAMASI

13-05-2020, 17:45 127 dəfə baxılıb

İcra başçısının Lənkərandakı mülki ilə bağlı xəbərlərə - AÇIQLAMASI
Lənkəran ŞİH başçısı Taleh Qaraşovun və bacısının Bakı şəhərinin Xətai rayonunda Həzi Aslanov qəsəbəsində hansısa villaları, bahalı maşınları olduğu barədə internet saytlarında yayılmış informasiya ilə bağlı bildiririk ki, qeyd olunanlar həqiqətdən tamamilə uzaq fikirlərdir.

Bizimlider.com xəbər verir ki, Lənkəran rayon icra hakimiyyətindən bildiriblər ki, belə ki, informasiyada şəkli əks olunmuş ev Taleh Qaraşova məxsus deyil. Eyni zamanda Taleh Qaraşovun bacılarının heç biri Bakı şəhərində yaşamır və heç birinin göstərilən ərazidə evi yoxdur. İcra başçısının oğlu Vüsal Qaraşov isə uzun illər polis orqanlarında nümunəvi xidmət göstərib və başqa sahədə çalışmağı qərara aldığından öz ərizəsi ilə işdən azad olunmuşdur.

Taleh Qaraşovun guya hansısa bahalı maşınlarını satması barədə fikirlər də doğru deyil. İcra başçısının guya bir sıra gizli işlərini müavinin əli ilə görməsi, adlarında çoxlu mülk və obyektlərin olması barədə əvvəllər də sosial şəbəkələrdə təkrar-təkrar yayımlanmış eyni məzmunlu böhtan xarakterli informasiyalara vaxtında rəsmi cavablar verilmiş və qəti şəkildə təkzib olunmuşdur.

İnformasiya resurslarının rəhbərləri hər hansı informasaiyanı yaymamışdan əvvəl qarşı tərəfin mövqeyini öyrənməklə göstərilən faktları bir daha dəqiqləşdirsələr yaxşı olar.

Bu gördüyünüz təmtəraqlı ev Lənkəran rayonunun icra başçısı Taleh Qaraşova məxsusdur. Xətai rayonunda Həzi Aslanov qəsəbəsində yerləşir. Bu villanın qonşuluğunda başçının bacısına məxsus başqa bir villa da yerləşir.

Son həftəyə qədər bu villanın qapısından hər gün 3-4 dənə bahalı avtomobil çıxırdı. DTX-nın müxtəlif rayonlarda və dövlət qurumlarında keçirdikləri əməliyyatlardan dərhal sonra bir çox məmurlar əl-ayağa düşdülər, özlərinə, hərəkətlərinə əl gəzdirdilər. Elə həmin əməliyyatlardan sonra Taleh Qaraşovun qapısından da o bahalı avtomobillər çıxmaz olub. İndi onun özü xidməti BMW avtomobilində, ailə üzvləri isə taksidə gəzməyə başlayıblar. İcra başçısı ilə eyni küçədə yaşayan qonşuların dediyinə görə, başçının bahalı avtomobilləri satılıb.

Müxtəlif xəbər saytlarında Lənkəran icra başçısının adı qəribə qalmaqallarla səslənib. Jurnalist Cavanşir Həsənli yazıb ki, icra başçısının oğlu Vüsal Qaraşov Yasamal rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.Bir ildən çoxdur polis orqanlarından qovulub. Sosial şəbəkə istifadəçiləri bölmə rəisi işlədiuyi vaxt Vüsal Qaraşovun insanlara əziyyət verdiyini qeyd ediblər.

Mart ayında isə Lənkəranın icra başçısı Taleh Qaraşov və onun müavini Rəsilə Əliyeva haqqında sensasiyalı video-müraciət yayılıb. Video müraciətdə Taleh Qaraşovun öz gizli işlərini Rəsilə Əlievanın əli ilə gördüyü, Rəsilə Əliyevanın adında isə çoxlu saytda bahalı mülk və obyektlərin olduğu bildirilib.Bizimyol.info






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930