bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

14 yaşlı nişanlısını qaçıran şəxsə hökm oxundu

Dün, 14:03 0 dəfə baxılıb

 Beyləqan Rayon Məhkəməsində yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqda təqsirləndirilən 1986-cı il təvəllüdlü Azər Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizimlider-in məlumata görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Azər Ağayev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək 1 il sınaq müddəti olmaqla şərti cəza təyin edib.

İttihama görə, Azər Ağayev Beyləqan rayonunda 14 yaşlı qızla tanış olub və onunla nişanlanıb. Daha sonra o, qızın razılığı və təklifi ilə ailə qurmaq məqsədilə nişanlısını qaçırıb. 16 yaşına çatmayan qızın hamilə olması barədə Beyləqan Rayon Polis şöbəsinə məlumat daxil olub və A.Ağayev saxlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031