bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

General “EuroHome”dakı yanğınla bağlı müşavirə keçirdi

14-05-2020, 14:09 142 dəfə baxılıb

General “EuroHome”dakı yanğınla bağlı müşavirə keçirdi
Mayın 13-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətində Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin iştirakı ilə 11 may tarixində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğının söndürülməsi işlərinin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Nazirlikdən verilən məlumata görə, əvvəlcə, müşavirədə çıxış edən Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov bütövlükdə xidmətin işinin təşkili, şəxsi heyətin döyüş və peşə hazırlığının daha da yüksəldilməsi, baş vermiş yanğınların daha az itkilərlə qarşısının alınması və operativ söndürülməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Daha sonra DYMX-nin rəis müavini polkovnik Rza Xudiyev mayın 11-də Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğının söndürülməsi ilə əlaqədar geniş məruzə edib. Bildirib ki, mürəkkəb yanğınlar kateqoriyasına aid edilən bu yanğının söndürülməsi işi təlimata uyğun şəkildə təşkil edilib, ziyanın minimuma endirilməsi məqsədilə bütün mümkün tədbirlər görülüb.

Müşavirəyə yekun vuran Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev "EuroHome” tikinti materialları bazarındakı yanğının söndürülməsi zamanı Dövlət Yanğından Mühafizə Xidmətinin fəaliyyətini ümumilikdə müsbət qiymətləndirdiyini bildirib. O, həmçinin, şəxsi heyətin peşə, döyüş və fiziki hazırlığının, eləcə də intizamın daha da gücləndirilməsi, yanğın texnikalarının təmiri və istismarının təşkili, müqavilə əsasında yanğından mühafizəsi təşkil edilən obyektlərdə profilaktik tədbirlərin yerinə yetirilməsi və s. istiqamətlərlə bağlı müvafiq tapşırıqlar verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30