Azərbaycanda xəbər saytı 500 min manatlıq invertar alır
Azərbaycan Dövlət İnformasiya Agentliyi ("Azərtac") 486 min 583 manat 62 qəpik dəyərində inventar satın alacaq.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, "Azərtac" inventarı Bakı şəhəri, M.K. Atatürk prospekti 70 ünvanında yerləşən yeni inzibati binası üçün alır.
"Azərtac"ın bu məqsədlə keçirdiyi tenderin qalibi "Qardaşlar Mebel-3” MMC olub.