bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bakı sakinlərinə xəbərdarlığın səbəbi bilindi: 100-dən çox... - VİDEO

2-05-2020, 17:17 180 dəfə baxılıb

Bakı sakinlərinə xəbərdarlığın səbəbi bilindi: 100-dən çox... - VİDEO
Bu gün səhər saatlarından başlayaraq paytaxtın 100-dən çox əsas küçə və prospektlərində xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılır.

Paytaxtın kommunal xidmətindən Oxu.Az-a bildirilib ki, artıq 25-dən çox küçə dezinfeksiya olunub.

Dezinfeksiya işləri 28 May küçəsindən başlanılıb.

Rəşid Behbudov küçəsi, Bülbül prospekti, Hüseyn Cavid prospekti, Qurban Abbasov küçəsi, Neftçilər prospekti, Mehdi Hüseyn küçəsi, Bakıxanov küçəsi, Azərbaycan prospekti, İstiqlaliyyət küçəsi, Şeyx Şamil küçəsi, Qara Qarayev prospekti, Məhəmməd Hadi küçəsi, Atatürk prospekti və digər küçələr istiqamətində işlər aparılacaq.

Qeyd edək ki, bu gün sakinlərə ciddi zərurət yaranmadığı təqdirdə qeyd küçəyə çıxmamaqla bağlı xəbərdarlıq edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30