Bu il Qurban bayramı əvvəlki illərdən fərqli olacaq - VİDEO
Qarşıdan Qurban bayramı gəlir. Düzdür, bayrama hələ səkkiz gün var, amma artıq insanların çoxu pandemiya şəraitinə uyğun olaraq, qurbanlıq heyvanları indidən alıb. Satıcılar da deyir ki, alınan heyvanlar xüsusi yerlərdə saxlanır.
Alıcılar isə qurbanlıq qoyunu indidən almağın tərəfdarıdırlar. Bəziləri qurbanlıq qoyununu indidən seçib bayram günü üçün saxlatdırır, kimisi də sadəcə ət almağa üstünlük verir. Vətəndaşların çoxu qurbanını bayramın ilk günü kəsmək istəyir. Belə olduqda pandemiya dövrü nəzərə alınaraq, növbə üç gün üçün bölünüb. Qurbanlıq ətini elə bayram günü almaq istəyənlərə isə sıxlığın yaranmaması üçün əvvəlcədən sifariş edib müəyyən vaxtda gəlmək məsləhət görülür. İki gün əvvəl operativ qərargahın brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov Qurban bayramı ilə bağlı müvafiq tədbirlər planının hazırlandığını bildirmişdi. Onun sözlərinə görə, bu bayramın digərlərindən fərqli olacaq.
Ətraflı Baku TV-nin mövzu ilə bağlı reportajında: