bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Hikmət Babayevlə bağlı inzibati tədbir görüldü

3-09-2020, 21:51 296 dəfə baxılıb

Hikmət Babayevlə bağlı inzibati tədbir görüldü
Bakı Nəqliyyat Agentliyi qurumun şöbə müdiri Hikmət Babayevin taksidən istifadə ilə bağlı səsləndirdiyi fikirlərlə əlaqədar açıqlama yayıb.

Anews.az-a daxil olan məlumatı olduğu kimi təqdim edirik:

"Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırlanan taksi fəaliyyətinin tənzimlənməsinə dair layihə təklif xarakterli olub və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi məqsədini güdür.

Layihənin həyata keçirilməsi nəticəsində, sərnişin təhlükəsizliyinin, sağlamlığının və rahatlığının daha yüksək səviyyədə təmin edilməsi, eyni zamanda, taksi sürücülərinin əmək şəraitlərinin yaxşılaşdırılması, sosial rifahının və gəlirlərinin artması, taksi fəaliyyətinə peşə kimi münasibətin formalaşdırılması, dempinqin üzərində qurulmuş rəqabətin keyfiyyət üzərində qurulmuş rəqabət ilə əvəzlənməsi, şəffaflığın təmin edilməsi, dövlət nəzarətinin gücləndirilməsi kimi məsələlərin həlli nəzərdə tutulur. Bununla da Nazirlər Kabinetinin 73 saylı qərarla müəyyən edilən tələblərin icrası təmin ediləcəkdir.

Qeyd edək ki, son günlər bazar iştirakçıları və vətəndaşlar tərəfindən layihə ilə bağlı çoxsaylı müraciətlər daxil olub və təkliflər irəli sürülüb.
Bildiririk ki, Bakı Nəqliyyat Agentliyi daxil olan rəy və təkliflər də nəzərə alınmaqla layihənin üzərində yenidən iş aparılmasını qərara alıb.

Bakı Nəqliyyət Agentliyi şöbə müdiri Hikmət Babayev tərəfindən verilən açıqlamanın onun şəxsi fikri olduğunu, qurumun mövqeyini əks etdirmədiyini bildirir və onunla bağlı müvafiq inzibati tədbirlərinin həyata keçirildiyini bəyan edirik”.

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayev efirdə çıxışı zamanı bildirmişdi ki, taksidən istifadə etmək əvvəllər olduğu kimi, müəyyən imkanlara bağlı olmalıdır: "Taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil. Bunun üçün müntəzəm marşrut xətləri mövcuddur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930