bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Biləcəri yolunun bağlanması bəzi marşrutların gecikməsinə səbəb ola bilər

1-05-2019, 12:09 169 dəfə baxılıb

Biləcəri yolunun bağlanması bəzi marşrutların gecikməsinə səbəb ola bilər


Biləcəri qəsəbəsində aparılan təmir işləri ilə əlaqədar Biləcəri enişində yolun bağlanması nəticəsində Bakı-Sumqayıt yolunda sıxlığın yaranması ehtimalını nəzərə alaraq bəzi marşrutların intervalında gecikmələr ola bilər.

BEŞ.AZ xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.

Onun sözlərinə görə, bəzi marşrutların intervalında gecikmələrin olması ilə bağlı DANX-ın "Çağrı mərkəzi"nə zənglər daxil olub: "Aparılan təmir işləri ilə əlaqədar aprel ayının 30-dan may ayının 1-nə keçən gecədən etibarən Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsinin Biləcəri enişi adlanan yolunun dairəyə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Avtonəqliyyat vasitələrinin alternativ yol qismində Xırdalan dairəsindən istifadə etdiklərini və Bakı-Sumqayıt yolunda müvəqqəti sıxlığın yaranacağı ehtimalını nəzərə alaraq 501, 502, 503, 504, 533, 511, 551, 553 və 567 saylı marşrut xətləri üzrə avtobuslarda gecikmələr müşahidə oluna bilər".

DANX sərnişinlərdən məhdudlaşmanı anlayışla qarşılamalarını xahiş edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30