Azərbaycanda komendant saatı nə zaman ləğv olunacaq- Dekabrın 1-i...
Xəbər verdiyimiz kimi, 44 gün davam edən Vətən müharibəsinin dayandırılması ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan arasında 3 tərəfli bəyanat qəbul edilib. Bu gün hər kəsi maraqlandıran məsələ Azərbaycanda komendant saatının nə zaman bitəcəyi və döyüşə cəlb edilən könüllülərin nə zaman evə buraxılacağı ilə bağlıdır.
Bizimlider.com xəbər veri ki, bununla bağlı Sonxeber.az-a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, komendant saatı ilə bağlı qərar cənab Prezident tərəfindən verilib:
"Cənab Prezident lazım bilərsə, onun tapşırığı ilə bağlı komendant saatı ləğv ediləcək. Bunun nə zaman olacağını da heç kim bilmir. O ki, qaldı orduya səfərbər olunan şəxslərə, onlar müəyyən hərbi hissələr çərçivəsində tapşırıqlarını yerinə yetirirlər. O hərbi hissələrdə onlara ehtiyac olmadığı təqdirdə, onlar növbəli şəkildə evə geri döhnəcəklər.
Bilirsiniz ki, dekabrın 1-nə kimi torpaqların işğalçıdan azad edilməsi ilə bağlı qərar qəbul olunduğu barədə bəyanatda qeyd olunub. Düşünürəm ki, dekabrın 1-nə kimi bizim əsas hərbi vəzifələlilər öz işlərini icra etməyə davam edəcəklər. Ondan sonra onlara ehtiyacın olub-olmadığı məsələsinə baxılacaq. Ehtiyacı olan qədəri qalacaq, yerdə qalanı isə evə göndəriləcək. Bununla bağlı konkret zaman demək olmur. Sadəcə hər şey zərurətdən asılıdır. Əgər ehtiyac olmayacaqsa, heç kim onları bir gün belə, saxlamayacaq".