bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Vilayət Eyvazovdan yeni Azərbaycanın dövlət himni ilə bağlı QƏRAR

7-04-2020, 20:50 140 dəfə baxılıb

Vilayət Eyvazovdan yeni Azərbaycanın dövlət himni ilə bağlı QƏRAR
"Azərbaycan Respublikası daxili işlər orqanlarının əməkdaşları tərəfindən dövlət himninin ifa edilməsi, ifa edilən zaman əsgəri (hərbi) salam verilməsi, dinlənilməsi və oxunması Qaydaları” təsdiqlənib.

Bizimlider.com oxu.az-a istinadən məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov qərar imzalayıb.

Dövlət himni ifa edildikdə əməkdaşlar onu ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməli və ya mətninə uyğun oxumalıdırlar.

Qərarda göstərilir ki, dövlət himni ifa edildiyi zaman sıradakı əməkdaşlar komanda verilmədən farağat vəziyyətini alır, rəislər (komandirlər) hərbi salam verir.
Sıradan kənarda olan əməkdaşlar himn ifa edildikdə farağat vəziyyətini alır və hərbi salam verir.

Əməkdaşlar tərəfindən dövlət himninin təhrifinə və başqa dildə oxunmasına yol verilmir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930