bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək

8-07-2022, 10:17 38 dəfə baxılıb

Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək


Qurban bayramının qeyd edildiyi 9-10 iyul tarixlərində Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək.

“Bakı metropoliteni” QSC-dənBizimLider.com-a verilən məlumata görə, bu tarixlər istirahət günləri hesab olunsa da, metrodan istifadə edən sərnişinlərin maksimum rahatlığını təmin etmək məqsədilə qatarlar adi iş günləri qrafiki ilə hərəkət edəcək.

Bununla iyulun 4-dən tətbiq edilmiş yay qrafikinə uyğun olaraq, iyulun 9-u və 10-da qatarların “Həzi Aslanov-28 May” sahəsi boyunca hərəkət intervalı saat 7:00-dan 21:00-a qədər 2 dəqiqə 30 saniyə təşkil edəcək.

Qırmızı və Yaşıl xətlərin kəsişərək birləşdiyi “28 May” stansiyasından sonrakı sahələrdə interval, uyğun olaraq, 2 dəfə çox təşkil edəcək.

Bu günlər ərzində metropolitendə gücləndirilmiş iş rejimi tətbiq edilməklə işçilərin növbətçilik cədvəli tərtib olunacaq.

İyul ayının 11-12-si istirahət günləri hesab olunduğundan qatarlar şənbə-bazar günlərinə uyğun təmin ediləcək. Hər iki gün “28 May-Həzi Aslanov” sahəsində qatarlar 3 dəqiqəlik intervalla hərəkət edəcək.

Ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yaranarsa, xəttə çıxarılacaq.
“Bakmil” stansiyasına və əksinə hərəkət edən sərnişinlərin diqqətinə çatdırılır ki, mövcud bayram və istirahət günlərində tətbiq edilmiş iş rejimi nəzərə alınmaqla, iyulun 9-10-da iş günləri, iyulun 11-12-də isə istirahət günləri qrafikini əsas götürsünlər.

Gün ərzində “Bakmil” stansiyasına hərəkət edən qatarların iş və istirahət günləri qrafiki metropolitenin rəsmi saytının müvafiq bölməsində yerləşdirilməklə ictimaiyyətə təqdim olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930