bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Daha bir sərt QADAĞA

21-06-2020, 10:51 244 dəfə baxılıb

Daha bir sərt QADAĞA
İyunun 21-i saat 00:00-dan etibarən iyulun 5-dək davam edəcək sərt karantin rejimində "Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində çalışacaq.

Bizimlider.com-un xəbərinə görə, bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, gün ərzində sərnişin sıxlığı ilə bağlı məlumatlar monitorinq edilərək müvafiq qərarlar veriləcək:

"Əvvəlki günlərdə də olduğu kimi sərt karantin günlərində də Bakı metrosu səhər saat 06:00-dan gecə yarısı saat 00:00-a kimi sərnişinlərin ixtiyarında olacaq. Fəaliyyətimizi Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına, həmçinin tələb və tövsiyələrinə uyğun qurmuşuq. Qoruyucu maskadan istifadə etməyən sərnişinlər birmənalı olaraq stansiyalara buraxılmayacaq. Biz həmçinin sərnişinlərimizə tövsiyə edirik ki, stansiyalarda və vaqonlarda olarkən sosial məsafəni qorusunlar, fərdi gigiyena qaydalarına riayət etsinlər”.

Metropoliten sözçüsü sərt karantin rejimi dövründ icazəsi olmayan sərnişinlərin metroya buraxılmaması ilə bağlı qərarın da polis tərəfindən veriləcəyini qeyd edib.

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti 19 iyun 2020-ci il tarixli 207 nömrəli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 1 avqust 2020-ci il saat 00:00-dək uzadılmasını qərara alıb.

Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarına əsasən, bu ərazilərdə 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-a qədər bir sıra məhdudiyyətlər tətbiq olunur. Lakin həmin Qərarın əlavəsinin 3.4. bəndinə əsasən, ictimai nəqliyyatın, o cümlədən Bakı Metropoliteninin fəaliyyətinə icazə verilir.Report






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930