bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Sərnişinlərə ŞAD XƏBƏR - Yükləri daşımaq üçün pulsuz xidmət

10-05-2019, 16:01 177 dəfə baxılıb

Sərnişinlərə ŞAD XƏBƏR - Yükləri daşımaq üçün pulsuz xidmət


Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı Nəqliyyat Qovşağında sərnişinlərə yüklərini daşımaq üçün arabalar təqdim edilir.

Beş.AZ xəbər verir ki, BBAK-nin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədovanın publika.az-a verdiyi məlumata görə, sərnişinlər arabalardan pulsuz istifadə edə biləcək.

“Bir neçə müddətdir fəaliyyətə başlayan Nəqliyyat Qovşağında sərnişinlər yüklərini bir yerdən başqa yerə onlar üçün nəzərdə tutulan arabalarla daşıya bilər. Sərnişinlərdən tək xahişimiz arabaları istifadə etdikdən sonra digər sərnişinlərin də xidmətdən istifadə edə bilməsi üçün yerinə qoymasıdır. Bu halda bütün sərnişinlər xidmətdən rahat şəkildə yararlana bilər. Bir daha qeyd edim ki, yüklərin daşınması üçün nəzərdə tutulan arabalar ödənişsizdir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30