BMU-nun əməkdaşı riyaziyyat üzrə respublika elmi konfransında məruzə ilə çıxış edib
Şuşa şəhərinin 270 illik yubileyinə həsr olunan
23-24 Noyabr, 2022-ci ildə Doktorantların və Gənc Tədqiqatçıların XXV Respublika Elmi Konfransı (NASCO) baş tutub. Konfrans ARTİ və BANM-ın birgə təşkilatçılığı ilə həyata keçirilib.
Elm və təhsil naziri Emin Əmrullayev iştirakçıları salamlayaraq konfransın doktorant və gənc tədqiqatçılar üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb, eyni zamanda ali təhsil müəssisələrinin və elmi-tədqiqat institutlarının sıx əməkdaşlığı sahəsində gənc alimlərin inkişafı üçün şərait yaradılmasının üstünlüyündən danışıb. Konfransda giriş nitqi ilə çıxış edən təşkilat komitəsinin sədr müavini ,Təhsil İnstitutunun direktoru Rüfət Əzizov tədbirlə bağlı hesabat təqdim edib. Konfransa ev sahibliyi edən BANM-da bütün şərait yaradılıb.
NASCO’nun keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək , habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.
Bakı Mühəndislik Universiteti, Riyaziyyat və İnformatika kafedrasının müəllimi İsmayılova Kəmalə “Representation of Solutions for the First-Order Non-Linear Implicit Differential Equations with Three-Point Boundary Conditions” adlı tezislə çıxış edib. Məruzə tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Konfransda mövzu ilə bağlı digər elmi məruzələr dinlənilib və geniş fikir mübadiləsi aparlılıb. Həmçinin AMEA Riyaziyyat və Mexanika İnistitutunun dissertantı olan gənc müəllimə akademik fəaliyyətlərində müvəffəqiyyətlər arzu edirik.