bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanda qalmaqallı direktorun yerinə yeni TƏYİNAT

28-04-2022, 10:00 214 dəfə baxılıb

Azərbaycanda qalmaqallı direktorun yerinə yeni TƏYİNAT
Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yeni rəhbər təyin olunub.

Oxu.Az xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, İnstitutun direktoru vəzifəsi İradə Axundovaya həvalə olunub. Vüqar Qurbanov bu gündən etibarən vəzifəsinin icrasına başlayan yeni direktoru kollektivə təqdim edib.

Qeyd edək ki, İradə Axundova Dövlət Tibb Universitetinin ftiziatr ixtisası üzrə təhsil alıb.

İxtisasca pulmonoloq olan İ.Axundova F.Əfəndiyev adına 4 nömrəli Mərkəzi Kliniki Xəstəxanasında tibb bacısı, 4 nömrəli Vərəm Əleyhinə Dispanserdə həkim-intern (ftiziatr), Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim-fizioterapevt, şöbə müdiri və İnstitutun direktor müavini kimi çalışıb.

Təyinata qədər Milli İdman Tibb və Reabilitasiya İnstitutunun Elmi katibi kimi fəaliyyət göstərib.

Xatırladaq ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun işdən azad edilən direktoru Həqiqət Qədirovanın adı institutda çoxsaylı qalmaqalda hallanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930