Florida ştatında fövqəladə vəziyyət elan olundu
"Dorian” qasırğasının yaxınlaşması ilə əlaqədar Florida ştatında fövqəladə vəziyyət elan edilib.
Bizimlider.com "Qafqazinfo”ya istinadan məlumatına görə, bu barədə ştatın qubernatoru Ron Desantis bildirib.
"Palm Biç, Martin və Sent-Lusi rayonlarında məcburi evakuasiya ilə bağlı təlimat verilib. Sent-Cons, Brevard və Volusidə isə sabah fövqəladə vəziyyət elan olunacaq”, - deyə qubernator bəyan edib.
Qeyd olunur ki, məcburi evakuasiya Duval, İndiana və Nasso rayonlarına da təsir edəcək. Daha 7 rayonda könüllü evakuasiya aparılır.
Qubernator evakuasiya üçün pulsuz səyahət təmin etmək üçün bəzi əyalətlərin pullu yollarında, o cümlədən Turnpike əsas magistralında ödənişli pul yığımını dayandırıb.
Ştatda 38 ümumi və 11 ixtisaslaşdırılmış sığınacaq var. 40-a qədər axtarış bölməsi növbədədir. Heyət ağır yanacaq və qida ilə təmin olunub.
45-dən çox ümumtəhsil məktəbi və 34 universitet, eləcə də bir sıra dövlət qurumları fövqəladə vəziyyət zamanı bağlandıqlarını elan ediblər.
Xatırladaq ki, bundan öncə Corciya və Cənubi Karolina ştatlarında da fövqəladə vəziyyət elan edilib.