Həsən Ruhani və Cavad Zərif ABŞ-a səfər edəcəklər
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Çin, Yaponiya, Malayziya, Banqladeş və İndoneziyaya səfər edəcək.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Seyid Abbas Musəvi bildirib.
A. Musəvi deyib ki, BMT-nin Baş Assambleyasının 74-cü sessiyasında iştirak üçün M. C. Zərifin ölkə prezidenti Həsən Ruhani ilə birgə Nyu-Yorka səfəri də planlaşdırılır.
İran XİN-in sözçüsü bu gün Türkiyədə keçirilən İran, Rusiya və Türkiyə prezidentlərinin görüşünə də münasibət bildirib. O qeyd edib ki, bu sammit Suriya xalqına sabitlik gətirəcək.