İran XİN Səudiyyə Ərəbistanın neft yataqlarına hücuma münasibət bildirib
İran Xarici İşlər Nazirliyi (XİN) Yəməndəki husilərin Səudiyyə Ərəbistanın neft yataqlarına hücumuna münasibət bildirib.
APA-nın Tehran bürosunun xəbərinə görə, İran XİN-in sözçüsü Seyid Abbas Musəvi deyib ki, 5 ildir Yəməndə müharibə gedir.
“İran açıq şəkildə elan edib ki, Yəmən xalqı və onların hüquqlarını dəstəkləyir. Səudiyyə Ərəbistanında neft yataqlarına hücumla bağlı bizə qarşı olan iddialar yalandır və kökündən əsassızdır”, - A. Musəvi vurğulayıb.
Qeyd edək ki, sentyabrın 14-də husilər dronlarla Səudiyyə Ərəbistanının neft yataqlarına zərbə endiriblər. Bu məsələdə ABŞ İranı günahlandırır.