bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ankaranın sərt mövqeyindən sonra ABŞ GERİ ÇƏKİLDİ - "S-400"lərin taleyi ilə bağlı YENİLİK

Bugün, 10:29 1 dəfə baxılıb



ABŞ-ın artıq Türkiyənin Rusiyadan aldığı "S-400" hava hücumundan müdafiə sistemlərindən istifadə etməsinə etirazı yoxdur.

Bunu Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Yaşar Gülər ​​deyib.

"Amerika tərəfi ilə son ​​görüşlərimiz zamanı onların "S-400" kontekstində bizdən istədiklərini rədd etdik. İndi amerikalıların buna etirazı yoxdur", - deyə o bildirib.

Nazirin sözlərinə görə, Türkiyə tərəfi "S-400"lərin istifadə olunacağı əraziləri müəyyənləşdirib. O qeyd edib ki, hava hücumundan müdafiə sistemi istifadə olunmazdan təxminən 12 saat əvvəl yerləşdiriləcək.

Türkiyə 2019-cu ildə aldığı "S-400" alay dəstinin tədarükü üçün 2017-ci ildə Rusiya ilə müqavilə bağlayıb. Eyni zamanda ABŞ Rusiya sistemlərindən "Patriotun" xeyrinə imtina edilməsini tələb etsə də, Ankara bununla razılaşmayıb. Bundan sonra ABŞ Türkiyəni ən son "F-35" qırıcılarının tədarükü proqramından kənarlaşdırıb.

Sentyabrda Türkiyənin “Cumhuriyet” qəzeti yazıb ki, Türkiyə qırıcı təyyarələrin satışı müqabilində S-400 sistemlərindən istifadə etməmək niyyəti barədə ABŞ-a məlumat verib. Ankaranın S-400-ləri Pakistan və Hindistana da sata biləcəyi bildirilir .






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930